Qulaqlarda əmələ gələn küy
Bakı, 5 yanvar, AZƏRTAC
Çox vaxt xəstələr qulaqda küyün, müxtəlif səslərin olmasından şikayətlənirlər.
AZƏRTAC xəbər verir ki, həkim-otolarinqoloq Elvin Əzizov bununla əlaqədar deyib: “Qulaq küyü adlandırılan, tibbi adı tinnitus olan ayrıca xəstəlik kimi deyil, əsasən bir çox xəstəliyin əlaməti kimi qəbul edilir. Küyün 80-90 faizi sırf qulaqlarla əlaqədardır, bu, həm xarici, həm orta, həm də daxili qulağın xəstəlikləri zamanı rast gəlinə bilər. Küy daha çox daxili qulağın xəstəlikləri zamanı müşahidə olunur. Xarici və orta qulağın xəstəlikləri zamanı yaranan tıxac küy yarada bilsə də, onu aradan qaldırmaq mümkündür. Konservativ müalicə və ya cərrahi üsulla həmin problem həll olunur, lakin daxili qulağın xəstəlikləri zamanı yaranan qulaq küyləri adətən qalıcı olur. Əsasən qulaq sinirləri, bəzən isə digər səbəblərlə, məsələn, osteoxondroz və ya boyun damarlarının problemləri, beyin qan dövranı, hətta gicgah və çənə oynağı xəstəlikləri ilə əlaqədar olaraq da qulaqda küy yaranması baş verə bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]