Qurban Qurbanov: “Linkoln” təcrübəli futbolçulardan təşkil olunmuş komandadır
Bakı, 11 iyul, AZƏRTAC
Meydança amili və hava şəraitini nəzərə alsaq, oynamaq asan deyildi.
AZƏRTAC xəbər verir ki, bumu Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Cəbəllütariqdə “Linkoln”a 2:1 hesabı ilə qalib gəldikləri UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyunundan sonra klubun rəsmi saytına açıqlamasında deyib.
Mütəxəssis bildirib ki, “Qarabağ” bir neçə epizodu çıxmaq şərtilə, 90 dəqiqə ərzində çox diqqətli oynadı. Sadəcə, 1-2 epizod zamanı bir az diqqətsizlik oldu. “Linkoln” təcrübəli futbolçulardan qurulmuş kollektivdir. Hər birinin son nöqtəni qoymaq bacarığı var. 23-24 günlük səfərdən sonra komandada psixoloji yorğunluq çox idi. Buna baxmayaraq, özlərini düzgün idarə edib qələbə topunu vura bildilər. Oyunçularımın matça yanaşmasından razı qaldım.
Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində “Rakuv” (Polşa) - “Flora” (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]