Qurban Qurbanov: Mentalitetindən məlumatsız olduğum ölkədə uğur qazana bilmərəm
Bakı, 2 mart, AZƏRTAC
Bu komandada olmaq məni çox inkişaf etdirdi. Bu ad sanki məni daha da böyütdü və məsuliyyətimi artırdı. Bəlkə başqa komandaya rəhbərlik etsəydim, bu baş verməzdi.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycanda ilk dəfə təşkil olunan Məşqçilər Forumunun “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer” adlı birinci panel iclasında çıxışı zamanı deyib.
O bildirib ki, həmişə ilk vəzifəsi futbolçulara bu adı başa salmaq olub: “Mentalitetim bu ölkəyə uyğun deyilsə, uğur əldə edə bilmərəm. Eyni zamanda, mentalitetini bilmədiyim ölkədə uğur qazana bilmərəm. Legioner futbolçulara həmişə başa salmışam ki, siz hansı ad altında çıxış etdiyinizi anlamalısınız. Həmçinin yerli futbolçularla da bu barədə müzakirələrimiz olur. Onlar Qarabağı təmsil etdiyimizi heç vaxt unutmamalıdırlar. Ümumiyyətlə, idmançıda xarakter olmasa, uğur əldə edə bilməz. Döyüşmədən meydanı tərk edə bilmərik”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]