Quruluşçu rejissor: Klassik dramaturgiya hər zaman öyrədici və formalaşdırıcı xarakter daşıyır
Bakı, 4 mart, AZƏRTAC
Klassik dramaturgiya hər zaman öyrədici və formalaşdırıcı xarakter daşıyır. Bu səbəbdən klassik əsərə müraciət etdim.
Bunu AZƏRTAC-a açıqlamasında Anton Çexovun “Ayı” əsəri əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Teatr rejissorluğu fakültəsinin birinci kurs tələbəsi, yazıçı-rejissor Samirə Əşrəf söyləyib.
O, Azərbaycan Teatr Xadimləri İttifaqında “Baxış-6” festivalı çərçivəsində gənc rejissorların yaradıcılıq potensialının üzə çıxarılması məqsədilə reallaşan festivalda iştirak etdiyini diqqətə çatdırıb.
Quruluşçu rejissor qeyd edib ki, kurs rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur və əsərin janr xüsusiyyəti yaradıcı heyət üçün mühüm təcrübə mərhələsi olub. “Məşqlərə dekabr ayından başlamışıq. İlkin mərhələdə ənənəvi, stolarxası məşqlər aparılıb. Səhnə işində ADMİU-nun tələbələri Hüseyn Quluzadə, Türkel Ələsgər və Nərmin Ağayeva iştirak ediblər. Tələbələrlə işi sıfırdan qurmaq müəyyən çətinliklər yaratsa da, bu, yaradıcı prosesin təbii mərhələsidir. Mütəmadi və sistemli şəkildə çalışmışıq. Ümid edirəm ki, bundan sonra daha maraqlı və uğurlu layihələr həyata keçirəcəyik”,- deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [14:43]
Əyani şəkildə keçirilən inkişafyönümlü təlimlər yekunlaşıb
- 07.08.2026 [12:48]
Ömrünü balet sənətinə həsr edən görkəmli sənətkar - Rəfiqə Axundova
- 07.08.2026 [11:46]
Azərbaycan film layihəsi beynəlxalq nüfuzlu qrantın qalibi olub
- 07.08.2026 [11:12]
Kətanda əbədiləşən Azərbaycan sevgisi
- 06.08.2026 [17:42]
Könül İbrahimsoy: Natəvanın ən böyük irsi xalqa xidmət nümunəsidir
- 06.08.2026 [14:26]
XIX əsrin sənət əsəri: “Baltalı” kürsüyə verilən yeni ömür
- 06.08.2026 [12:39]
“IRS-Heritage” jurnalının ingilis dilində yeni nömrəsi işıq üzü görüb
- 06.08.2026 [12:31]