Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qusar - Şahdağın ətəyində yerləşən rekordlar diyarı

Bakı, 10 mart, AZƏRTAC

Qusar rayonu Azərbaycanda turistlərin ən çox gəldiyi yerlərdən biridir. Özü də təkcə burada fəaliyyət göstərən "Şahdağ" Dağ-Xizək Yay-Qış İstirahət Kompleksi sayəsində deyil. Qusar turistləri bu diyara xas təbiət möcüzələri, mədəniyyəti və burada yaşayan insanların adət-ənənələri ilə cəlb edir. Qusardan danışarkən “ən” epitetini işlətməmək olmur. Axı Azərbaycanın ən yüksək nöqtəsi - Bazardüzü dağı, ölkədə ən dağlıq turbaza - ”Suvar” Dağ-Turizm Bazası və qarşısında eyni zamanda 10 nəfərin oturub xalça toxuduğu ən böyük dəzgah məhz Qusarda yerləşir. Ən nəhayət, ən dadlı qutablar da Qusarda bişirilir.

Yaxşısı budur, gəlin tələsməyək!

Zip-layn və iki Laza

Qusarı çox vaxt Şahdağın anası adlandırırlar. Odur ki, söhbətimizi də elə Şahdağdan başlayırıq. Bu dağın yamaclarında, dəniz səviyyəsindən 1300 metrdən 2400 metrədək yüksəklikdə yerləşən “Şahdağ“ Turizm Mərkəzi haqlı olaraq ölkəmizin ən populyar turizm obyektlərindən biri sayılır. Kompleksin unikallığı sayəsində onun birindən başqa bütün enişləri şimala baxır. Adətən bu yerlər yaza qədər qarla örtülü olur. Dünya standartlarına uyğun, müasir, həm təyinatına, həm də layihə strukturuna görə unikal olan “Şahdağ” kompleksi daim inkişafdadır və hamını təəccübləndirməkdədir. Burada mürəkkəblik dərəcələri müxtəlif olan 14 dağ-xizək enişi, çoxsaylı kanat yolları, beş dəbdəbəli otel fəaliyyət göstərir. Kompleksin enişlərindən birində, 2351 metr yüksəklikdə inşa edilən “Mountain Top” restoranı tezliklə ölkənin ən yüksək dağ restoranı adlanacaq. 

Ötən il kompleksdə dərinliyi 2,2 metr olan süni “Snowmaking Reservoir“ gölü açılıb. Bu yay qonaqlara göldə katamaranlarda üzmək imkanı yaradılacaq. Yay mövsümündə kompleksin ərazisində tennis kortları, futbol meydanları, əyləncə-oyun kompleksləri fəaliyyətə başlayacaq. İstirahət edənlər üçün piyada və at belində yürüşlər, alpinistlər kimi dağa dırmaşmaq, kvadrosikllər, dağ velosipedləri sürmək və s. imkanlar yaradılacaq. Ən cəsarətlilər polad kanatla sürətli enməni nəzərdə tutan nəfəs kəsən zip-layn adlı attraksionda qravitasiya qüvvələrinə meydan oxuya biləcəklər.

Hazırda “Şahdağ” İstirahət Kompleksində fəaliyyət göstərən eyniadlı “Shahdag Hotel&Spa” oteli 1640 metr yüksəklikdə yerləşir, amma həmin yüksəklik bu yerlər üçün son hədd deyil. “Şahdağ” kompleksindən bir qədər aralanan kimi qarşına Azərbaycanın ən yüksək dağ turizm mərkəzi - dəniz səviyyəsindən 1850 metr yüksəklikdə yerləşən ”Suvar” istirahət bazası çıxır. Kompleksin kı dağ dərələrində gözəllikdə tayı-bərabəri olmayan gur şəlalələr axır. Ən məşhurları isə 2 min metr yüksəklikdə yerləşən, qoşa şəlalələr deyilən Laza və Şahnabat şəlalələridir. Yerli şəlalələrin bir səciyyəvi xüsusiyyəti var: qışda onlar donur, bununla da buza dırmanma həvəskarlarını və alpinistləri cəlb edir. Odur ki, qış mövsümündə bu yerlərdə buza dırmanma yarışları keçirilir.

Buradakı şəlalələrin birinin yaxınlığında taxta ev görünür. Bu evlə bağlı “əfsanə” var. Guya bu ev vaxtilə Azərbaycan KP MK-nın ikinci katibi Viktor Polyaniçkonun əmri ilə bura gətirilib. Ağır texnikanın evi burada necə yerləşdirdiyini yerli sakinlər indiyədək xatırlayırlar. Hazırda ev təbiətin qoynunda istirahət etmək istəyənlərin sevimli yerinə çevrilib.

“Suvar” Dağ-Turizm Bazasının 2 kilometrliyində, dağlar arasındakı vadidə Laza adlanan qeyri-adi kənd yerləşir. Əslində, Azərbaycanda Laza adını daşıyan iki kənd, yaxud düzünü desək, iki hissədən ibarət bir kənd var. Kəndin ikinci hissəsi dağın o biri yamacında, Dəmirçayın sahilində, Qəbələ rayonu ərazisində yerləşir. Deyilənə görə, Laza kəndinin sakinləri o kənddən köçüb bura gəliblər və yeni kəndə də eyni adı veriblər.

XV əsrdə Qusar Şirvanşahlar ilə Ərdəbil şeyxləri arasında döyüş meydanına çevrilib. Məlumdur ki, I Şah İsmayılın babası Şeyx Cüneyd 1456-cı ildə Şirvanşah I Xəlilullahın qoşunları ilə döyüşdə həlak olub. Silahdaşları onu yaxınlıqdakı Külxan kəndində (hazırda Həzrə, yaxud yerli sakinlərin təbirincə desək, Yarqun) dəfn ediblər. Sonralar Şah İsmayılın oğlu Şah Təhmasib ulu babasının xatirəsini əbədiləşdirmək üçün burada türbə ucaldıb. Hazırda Şeyx Cüneyd türbəsi Qusar rayonunun ən mühüm tarixi-memarlıq abidələrindən biri sayılır və çoxsaylı turistləri cəlb edir.

Zirək dağlılar

İş elə gətirib ki, Qusarda çox şey dağlarla bağlıdır. Azərbaycanın Rusiya ilə sərhədindəki Bazardüzü dağı - Azərbaycanda ən yüksək zirvə də (4466 metr) Qusarda yerləşir. Yerli ləzgilər onu mənası “qorxu dağı” verən “Kiçensuv” adlandırır. Azərbaycan dilində isə o, “bazar meydanı”, daha doğrusu, konkret səmt kimi “bazara döngə” anlamına gəlir. Məsələ bundadır ki, qədim zamanlarda və orta əsrlərdə zirvədən şərqdə yerləşən Şahnabad vadisində hər il böyük yarmarkalar təşkil olunurdu və bura müxtəlif ölkələrdən tacirlər gəlirdi. Yarmarka yerinə aparan yolda uzaqdan əsas səmt -“bazar meydanı”, “bazar döngəsi” - Bazardüzü görünürdü.

“Dağ mövzusu”nu daha bir heyrətamiz misalla tamamlayaq. Qusar şəhəri Azərbaycanın şimalındakı sonuncu iri yaşayış məntəqəsidir. Qusar rayonunun ən ucqar yaşayış məskəni isə Sudur kəndidir. O, Şahdağın ətəklərində, dəniz səviyyəsindən 1800 metr yüksəklikdə yerləşir. Sudura gedən yol dolamadır. Bu yerlərin gözəlliyini vəsf etmək çətindir - hər yerdə bulaqlar qaynayıb-daşır, yamaclara isə baharda çiçək xalısı sərilir. Amma insanın gözəlliyi görməkdən başqa da ehtiyacları var. İstənilən insan məskəninin, təfərrüata görə üzrlü bilin, “tullantı anbarı” olmalıdır. Kəndin torpağı daşlı-qayalı və donmuş haldadır, belə yerdə zibil quyusunu necə qazasan? Odur ki, fərasətli sakinlər nə etsələr yaxşıdır... ikimərtəbəli ayaqyolu düzəldiblər. Bu tikiliyə başqa ad vermək mümkün deyil, ora giriş evin ikinci mərtəbəsi səviyyəsindədir, yerə qədər olan bütün məkanı isə taxtadan düzəldilən şaxta tutur. Bu şaxtaya orqanizmin tullantıları yığılır. Qışda tullantılar donur, o zaman xüsusi işçilər çağırılır və onlar ağzınadək dolmuş şaxtaları boşaldıb “peyini” yük maşınlarında aparırlar. Hə, demə, belə bir peşə də varmış.

Sehrli süfrə və iddialı Xil

Qusardakı xalq sənət növləri arasında ən çox inkişaf edən xalçaçılıqdır. Burada həm ev şəraitində, həm də şəhərin mərkəzində yerləşən sexdə toxunan sumax - xovsuz xalçalar daha geniş yayılıb. Elə bu xalça sexində Azərbaycanda ən böyük toxuculuq dəzgahı quraşdırılıb. Onun arxasında eyni vaxtda ona qədər adam işləyə bilər.

Nə deyirsən de, Qusarda hər şeydə birinci olmağı sevirlər. Azərbaycanın ilk olimpiya çempionu, cüdoçu Nazim Hüseynov da (1992-ci ildə Birləşmiş komandanın tərkibində çıxış edib) əslən qusarlıdır. Bundan başqa, qusarlılar çox döyüşkəndir: 200 polkovnik və 4 general əslən buralıdır. Qusarlılar həm də çox savadlıdırlar - son 50 ildə Qusardan təxminən 500 elmlər namizədi və 20-yə yaxın dünyanın müxtəlif akademiyalarının üzvləri çıxıb.

Rayon mərkəzindən 27 kilometr cənub-qərbdə, Qusarçayın sağ sahilində qədim Aniq (Anix, yaxud Enix) kəndi yerləşir. Burada qədim vaxtlardan təmtəraqlı, gözoxşayan evlər tikirlər. Kəndin ortasında yerləşən “Mahalın Tacı” məscidi Hindistandakı Tac-Mahalla oxşarlığına görə bu adı alıb. Deyirlər ki, onun tikintisini Hindistanda olmuş, Tac-Mahalı görmüş və buna görə də öz vətənində bənzərini görmək istəmiş bir adam sifariş verib. Hərçənd iddia edirlər ki, çiy kərpicdən tikilən məscidin 300 yaşı var. Tikili üzərindəki lövhədə qeyd olunub ki, o, XIX əsrdə inşa olunub. Məscid divarları üzərindəki naxışlar diqqəti cəlb edir, zamana güc gələn naxışlar öz parlaq rəngini hələ də saxlayıb. Güman edilir ki, bunun sirri rəssamların istifadə etdiyi rənglərdə olan təbii, nəbati komponentlərdədir.

Qusarda səyahət etmək adama yalnız həzz bəxş edir. Ləzgilərin evinə qonaq düşsəniz, məsələn, xalis Şərq qonaqpərvərliyinə şahid olacaq və tamı daim yadınızda qalacaq yeməkləri dadacaqsınız. Bu yerlərdə məxsusi ləzgi qutabı - “afar” hazırlayırlar. Qadınlar xəmirdən nazik yuxa (lavaş) yayırlar, sonra onun içini həyətyanı sahədə və dağlarda toplanmış, quru pendirlə, yaxud şorla qarışdırılan doğranmış göylə doldururlar. Üstünə daha bir yuxa çəkib, sonra “xərəy”ə - ləzgi sobasına qoyurlar. Bu qutabların ləziz dadı var.

Bir məqalədə Qusar haqqında çox şey danışmaq, əlbəttə, çətindir. Qeydlərimizi daha bir rekordla tamamlayaq. Rayon mərkəzindən 17 kilometr aralıda Xil kəndi yerləşir. 1960-cı illərədək o, Qusarın mərkəzi, başqa sözlə, paytaxtı olub. Lakin indi də bu kəndin öyünməyə haqqı var, axı Xil Azərbaycanın kənd statuslu ən böyük yaşayış məskənidir.

Layihə haqqında

Əziz oxucular, sizi Azərbaycan regionlarında səyyahların qarşısına çıxacağı heyrətamiz kəşflərlə tanış etməyə davam edirik. Xatırladaq ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Azərbaycan regionları üzrə turist bələdçi kitabçalarının tərtibi üzrə layihə çərçivəsində jurnalist fotoqrafla birgə Azərbaycanın bir sıra iri bölgələrini gəzib-dolaşıb. Məqsəd turistləri bu yerlərin ucsuz-bucaqsız potensialı ilə tanış etməkdir.

Hazırda Quba, Qusar, Xaçmaz, Qəbələ, İsmayıllı, Masallı və Mingəçevirə dair bir neçə dildə bələdçi kitabçaları nəşr edilib. Onları asanlıqla əldə etmək olar. Şəki, Gəncə, Şəmkir, Şamaxı və Azərbaycanın digər şəhər və regionları üzrə turist bələdçi kitabçalarının nəşrinə hazırlıq işləri görülür.

Emil Eyyubov

AZƏRTAC-ın xüsusi müxbir

Foto: Şahin Mürşüdlü, www/goldenbook.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlığında yeni mərhələ - ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb

® Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası ilk dəfə “WorldSkills Shanghai 2026”da medal qazanıb

Dayanıqlı inkişaf və gələcəyin yaşıl şəhərləri: BDU-da gənclərin forumu

Professor: Tədqiqatların real sektora tətbiqi üçün əlaqələndirici mexanizmlərin gücləndirilməsinə ehtiyac var

“AzərEnerji”nin ixrac gəlirləri 66 faiz artıb

“AzerGold”un ixrac gəlirləri 22 faiz artıb

NTD üç yerli basketbolçu transfer edib

Azərbaycanın qızıl ixracından gəlirləri 29 faizədək artıb

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

İnvestisiya agentliyinin direktoru: Monteneqro sənaye zonalarının idarəedilməsi üzrə Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır VİDEO

Gömrük əməkdaşları 4 milyon dollarlıq brilyant qaşların Azərbaycana qanunsuz gətirilməsinin qarşısını alıb

Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq

BDU-da tələbələr üçün CPR və ilkin yardım üzrə sessiya təşkil edilib

Vətən müharibəsi Azərbaycanın beynəlxalq nüfuzunu yeni mərhələyə qaldırdı - ŞƏRH

SOCAR-ın idarəsi 207 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edib

Argentina Folklend adalarında neft kəşfiyyatı aparan Britaniyanı məhkəməyə verəcək

“Azərkosmos”un ixrac gəlirləri 1,5 dəfə artıb

Gənc alim: Çin-Azərbaycan ədəbi əlaqələri humanitar dialoqun dərinləşdirilməsinə töhfə verir

“SOCAR Polymer”in ixrac gəlirləri açıqlanıb

Fransada dövlət sektorunda ümummilli tətil keçirilir

Mövcud potensialı daha çox qeyri-neft sektoruna yönəltmək iqtisadi şaxələndirməni sürətləndirəcək - ŞƏRH

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətlərinə cəlb olunmaları üçün ölkəmizə gətirilib

NİİM: Dalğa küçəsində işıqforun vaxt planı dəyişdirilib

Akşin Əlili: Sudaboğulma hadisələri qeyri-çimərlik ərazilərində baş verib

ADA Universitetində şanlı Zəfər tariximiz “Zəfər rəqsi” filminin nümayişi ilə anılıb

UEFA Millətlər Liqası: Azərbaycan – Lixtenşteyn oyunu avstriyalı hakimlərə tapşırılıb

Bu il subasma səbəbindən köməksiz vəziyyətdə qalan 1351 vətəndaş təxliyə olunub

Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib VİDEO

Türkiyənin TPAO şirkəti gündəlik neft hasilatını 1 milyon barelə çatdırmağı planlaşdırır

Dizelin qiymətindəki artım istehsal və daşınma zəncirinin bütün mərhələlərinə təsir göstərir

Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar

Bu il FHN-in xilasetmə qurumları tərəfindən 64 nəfərin cəsədi suda tapılıb

Azərbaycan və Qazaxıstan beynəlxalq təhsil proqramları sahəsində əməkdaşlığı genişləndirir

Azərbaycanın maliyyə bazarlarının beynəlxalq maliyyə sisteminə inteqrasiyasının təşviqi nəzərdən keçirilib

Məhəmməd Qalibaf: İran neft sata bilmirsə, regionda heç bir ölkə bunu edə bilməyəcək

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 29 sentyabr

“Xalqın Gücü” partiyasının üzvü: Dünya Bankı və AİİB Orta Dəhliz çərçivəsində Gürcüstana yüz milyonlarla dollar ayırır

Lənkəranda sahibkarlara istehlakçı hüquqlarının təmin edilməsi ilə bağlı qanunvericiliyin tələbləri izah olunub

TÜMER sədri: Azərbaycan Türk dünyasının birliyinin əsas aktorlarından biridir

Dövlət Xidmətinin rəsmisi: Bu il su hövzələrində xilas edilənlərin sayı artıb

Azərbaycanda “Cisco” akademiyasının yaradılması nəzərdən keçirilir

Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır

“Open AI” təhlükəsizlik problemi səbəbindən süni intellektin yeni modelinin buraxılışını təxirə salıb

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı regionların sosial-iqtisadi inkişafına yeni imkanlar açacaq - ŞƏRH

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

“Cənubi Qafqazın Mesopotamiyası”nda – Muğanda yeni tapıntılar aşkarlanıb VİDEO

İran Hörmüz boğazının açılması ilə bağlı ABŞ-dən cavab gözləyir

BMT: Maliyyə böhranı 8,3 milyon qaçqın və məcburi köçkünü yardımdan məhrum edə bilər

NASA “Boeing Starliner” kosmik gəmisinin pilotlu uçuşunu 2028-ci ilə planlaşdırır