Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümə “Hekayəti-xırs-quldurbasan” komediyası ilə yekun vurdu
Qusar, 19 iyul, Elxan Yusifli, AZƏRTAC
Qusar Dövlət Ləzgi Dram Teatrı mövsümə görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin “Hekayəti-xırs-quldurbasan” komediyası ilə yekun vurub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səhnə əsəri qusarlı tamaşaçılara və rayonun qonaqlarına Mahmud Əbilov adına meydanda açıq havada təqdim olunub.
Tamaşaçılar “Hekayəti-xırs-quldurbasan” komediyası ilə yanaşı, Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinə həsr olunmuş musiqili proqramı da izləmək imkanı qazanıblar.