Quyuların cari və əsaslı təmiri - yeni dərslik
Bakı, 26 iyul, AZƏRTAC
“Quyuların cari və əsaslı təmiri” adlı dərslik nəşr olunub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evinin direktoru Səlahət Mahmudova məlumat verib.
Nəşr neft-qaz hasilatının sabitləşdirilməsi üçün böyük əhəmiyyət kəsb edən və neftqazçıxarma sənayesinin ən mühüm sahələrindən biri olan - neft və qaz quyularının yeraltı təmirinə həsr olunub.
Təhsil proqramına uyğun olaraq dərslikdə quyuların təmirində istifadə edilən texnika - yerüstü və yeraltı avadanlıqlar, cari və əsaslı təmir texnologiyaları, o cümlədən qum və parafin tıxaclarının yuyulması və təmizlənməsi, qəzalı quyuların bərpasında tətbiq edilən texnoloji alətlər və s. haqqında məlumatlar verilib.
Nəşr tələbə və mütəxəssislər üçün nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [17:09]
Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası
- 29.09.2026 [17:03]
Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb
- 29.09.2026 [16:41]
Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır
- 29.09.2026 [16:20]
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq
- 29.09.2026 [15:50]