Ramiz Abutalıbov: “YAŞAT” xeyriyyə marafonu çox böyük əhəmiyyətə malikdir
Bakı, 25 may, AZƏRTAC
Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə gerçəkləşən “YAŞAT” xeyriyyə marafonu olduqca əhəmiyyətlidir. Bu, humanitar layihə olaraq Vətən uğrunda döyüşlərdə şücaət göstərən qəhrəman övladlarımızın və onların ailələrinin sosial rifahının yüksəldilməsinə xidmət edir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Prezident təqaüdçüsü, tanınmış ictimai-siyasi xadim, diplomat Ramiz Abutalıbov söyləyib.
O qeyd edib ki, xeyriyyə marafonunun digər ən mühüm cəhəti dünya azərbaycanlılarının - Azərbaycan diasporunun birliyini və həmrəyliyini təcəssüm etdirməsidir.
“Xalqımız əsrlər boyu yaşatdığı xeyriyyəçilik missiyasına bu gün də sadiqdir. Bu, milli olmaqla yanaşı, həm də bəşəri dəyərdir. Həmvətənlərimizin bu nəcib niyyətli marafonda fəal iştirakına əminəm. Gəlin, həmrəy olaq!”, - deyə Ramiz Abutalıbov vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 14.10.2026 [19:03]
ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq
- 14.10.2026 [18:59]
Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO
- 14.10.2026 [17:59]
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub
- 14.10.2026 [17:52]
18 yaşında yazılan şəhidlik dastanı...
- 14.10.2026 [16:58]