“Red Bull Showring” sentyabrda Budapeştdə keçiriləcək
Budapeşt, 12 may, AZƏRTAC
“Red Bull” şirkətinin Budapeştdəki nümayəndəliyi sentyabrın 20-21-də Macarıstan paytaxtında “Showrun” adlanan yarışın keçiriləcəyini açıqlayıb.
AZƏRTAC xəbər verir ki, həmin günlərdə şəhərin küçələri həyəcanlı kaskadyor tryukları, yüksəksürətli manevrlər, yanan rezin qoxusu və uğultu ilə dolacaq. Bu unikal avtomobil idmanı tədbiri Macarıstan paytaxtını yarış trekinə çevirərək, həm də avtomobil həvəskarlarına Formula 1 və klassik avtomobillərin birbaşa Budapeşt küçələrində həyəcanverici sərgüzəştlərinin şahidi olmağa imkan verəcək.
“Red Bull Showrun” nəhayət Macarıstanda debüt etdiyi üçün sentyabrın ortaları xüsusən də motorlu idman həvəskarları üçün ilin ən maraqlı həftəsonu olacağını vəd edir. Artıq Tokio, Vaşinqton, Dublin və Yohannesburq kimi şəhərlərdə tamaşaçıları heyran edən bu tədbir Formula 1 avtomobillərini “Red Bull Racing” komandası pilotlarının heyrətamiz bir tamaşa yaradacağı Budapeşt şəhərinin mərkəzinə gətirəcək.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]