“REGİONAL TELEKANALLARIN İNKİŞAF PERSPEKTİVLƏRİ VƏ PROBLEMLƏRİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, MTRŞ yeni yaradıldığından qurumun fəaliyyətini nizamlayan qanunda və normativ sənədlərdə bəzi boşluqlar mövcuddur. Bu hal, şuranın işinin normal qurulmasında müəyyən çətinliklər yaradır. Belə ki, Milli Televiziya və Radio Şurası özəl teleradio şirkətlərinin fəaliyyətindəki qanun pozuntularına müdaxilə edə bilmir.
Sumqayıt şəhərində, eləcə də, Xaçmaz və Lənkəran rayonlarındakı regional telekanalların fəaliyyəti ilə bağlı keçirilən monitorinqin nəticələri barədə dəyirmi masa iştirakçılarına məlumat verilmişdir. Məlumatda qeyd olunur ki, regional telekanallarda reklam resurslarının mənimsənilməsi acınacaqlı haldadır. Həmçinin keyfiyyətli verilişlərin hazırlanması, efirdə milli mənəvi dəyərlərin qorunması ilə bağlı ciddi problemlər mövcuddur.
Çıxış edənlər bildirmişlər ki, regional telekanalların dinamik inkişafına nail olmaq üçün MTRŞ tərəfindən monitorinqlərin və dəyirmi masaların keçirilməsinə zərurət vardır.