RƏHBƏRİN XATİRƏSİNƏ EHTİRAM ƏLAMƏTİ OLARAQ 80 SƏRV AĞACI ƏKİLMİŞDİR
Mingəçevir Tibb Məktəbinin qarşısında ümummilli liderimiz Heydər Əliyevin unudulmaz xatirəsini əbədiləşdirmək, müəllim–tələbə kollektivi böyük rəhbərə sonsuz hörmət və ehtiramını bildirmək üçün 80 körpə, həmişəyaşıl sərv ağacı əkmiş, fidanlara qulluq edilməsi ayrı-ayrı qruplara həvalə olunmuşdur.
Məktəbin direktoru Məmməd Məmmədov AZƏRTAC-ın müxbirinə demişdir ki, tədris korpusunun iki mərtəbəsində müvəqqəti məskunlaşmış 81 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə daxili imkanlar hesabına xeyli təmir-abadlıq işləri görülmüşdür. 50 nəfər müəllim və tələbəmiz kollektiv adından Fəxri xiyabanda böyük rəhbərin məzarını ziyarət etmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]