RƏSMİ KİYEV GÜRCÜSTANIN ƏRAZİ BÜTÖVLÜYÜNƏ VƏ SUVERENLİYİNƏ TƏRƏFDARDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Ukrayna XİN-in mətbuat katibi Vasili Kiriliçin sözlərinə görə, bu ölkənin xarici siyasət idarəsi son vaxtlar Cənubi Osetiyada (Gürcüstan) baş vermiş və insan tələfatı ilə nəticələnmiş silahlı toqquşmalarla bağlı narahatlığını bildirir.
XİN təmsilçisinin fikrincə, hadisələrin bu məcrada inkişaf etməsi regionda sülhyaratma mexanizminin səmərəsiz olduğunu göstərir.
Rəsmi Kiyev münaqişə tərəflərini təmkinli olmağa, regionun gələcəyinə görə məsuliyyətlərini dərk etməyə və heç bir ilkin şərt irəli sürmədən birbaşa danışıqları bərpa etməyə çağırmışdır.
V.Kiriliç vurğulamışdır ki, Ukrayna ardıcıl surətdə münaqişənin sülh yolu ilə, Gürcüstanın ərazi bütövlüyü və suverenliyi prinsipinə riayət olunması əsasında həllinə tərəfdardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]