Rəşt-Astara dəmir yolu xəttinin tikintisinin 2028-ci ilədək başa çatdırılması planlaşdırılır
Bakı, 26 iyul, AZƏRTAC
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsi 2028-ci ildə istismara buraxıla bilər.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiyanın nəqliyyat naziri Vitali Savelev bildirib.
Nazir Rusiya mətbuatına açıqlamasında qeyd edib ki, yolun 160 kilometrlik hissəsinin 2028-ci ildə istifadəyə verilməsi gözlənilir. Dəmir yolu hazır olduqdan sonra bu yolla ildə 1 milyon konteynerin daşınması planlaşdırılıb.
Xatırladaq ki, Rəşt-Astara dəmir yolu Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmir yolunun bir hissəsidir və Azərbaycan ilə İranın dəmir yolları sistemlərini birləşdirəcək. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən bu dəmir yolu ilə Avropa və Asiya arasında yükdaşımalar həyata keçiriləcək. Cənub Şərqi Asiya ölkələrindən yüklər İran və Azərbaycan ərazisindən Rusiyaya və Avropaya daşınacaq.
Hindistanın Mumbay limanından çıxan yüklər İranın Bəndər-Abbas limanına, oradan isə qatarla Azərbaycan və Rusiyaya, eləcə də Avropaya çatdırılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:29]
® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib
- 08.06.2026 [18:03]
Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq
- 08.06.2026 [17:59]
® “AccessBank” taksi xidməti tenderi elan edir
- 08.06.2026 [17:53]
Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib
- 08.06.2026 [17:47]