Rioda turistlər üçün “suda üzən” avtobus marşrutu işə salınmışdır
Bakı, 5 fevral (AZƏRTAC). Rio-de-Janeyroda nəqliyyat vasitəsini dəyişdirmədən şəhərin küçələrində və Quanbar körfəzi boyunca gəzintini təmin edən qeyri-adi marşrut açılmışdır.
Möcüzələr şəhərinin qaynayan həyatına daxil olmaq üçün amfibiya avtobusa bilet almaq kifayətdir. Avtobusun salonundan Rionu həm dənizdən, həm də sahildən seyr etmək mümkündür.
Ekskursiya bütövlükdə bir saat yarım davam edir.
Xarici KİV-lər yazır ki, hələlik turistlərin istifadəsinə 28 nəfərlik yalnız bir amfibiya avtobus verilmişdir. Lakin tezliklə digər “üzən” avtobuslar da marşruta buraxılacaqdır.
Ekskursiyanın qiymətini heç cür insaflı hesab etmək olmaz - böyüklər üçün biletin qiyməti 100 real, yaxud 42 dollardır. On yaşınadək uşaqlar və təqaüdçülər yarı qiymətə “üzə bilərlər”.
Yüksək qiymətlər, görünür, yayda Braziliyada keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]