Rok Klavora: Milli Gimnastika Arenası möhtəşəmliyi ilə məni heyran etdi
Bakı, 22 fevral, AZƏRTAC
Milli Gimnastika Arenası möhtəşəmliyi ilə məni heyran etdi. Bu arena yüksək səviyyəli yarışların təşkil olunması üçün ideal məkandır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Dünya Kuboku yarışlarının gümüş medalçısı, Sloveniyadan olan gimnast Rok Klavora deyib.
Atlet deyib: “İlin ilk yarışında medal qazandığım üçün xoşbəxtəm. Bu, mənim üçün digər yarışlarda güclü stimul olacaq. Olimpiya ilinə uğurla başladım”.
Paytaxtımızda ilk dəfə səfər etdiyini çatdıran R.Klavora bildirib: “Tarixdə ilk dəfə Bakıda təşkil olunan Avropa Oyunlarında iştirak edə bilmədim. “Bakı-2015” yüksək səviyyədə təşkil olundu. Azərbaycana yenidən qayıdacağım günü səbirsizliklə gözləyəcəyəm”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]
Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
- 15.10.2026 [13:26]
Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
- 15.10.2026 [13:07]
Vidadi Rzayev: "Qarabağ" – "Neftçi" derbisində favorit görmürəm
- 15.10.2026 [12:43]