Rur derbisində qalib müəyyənləşməyib
Bakı, 11 aprel, AZƏRTAC
Almaniya Bundesliqasında XXIX tura yekun vurulub.
AZƏRTAC xəbər verir ki, bu tur dünyanın ən böyük 15 derbisi arasında yer alan növbəti Rur derbisi oynanılıb. Mərkəzi görüşündə “Şalke 04” Dortmundun “Borussiya” komandasını qəbul edib. Rur derbisində tərəflər hərəyə iki dəfə fərqlənib.
Məlumat üçün qeyd edək ki, 1925 ildən bu yana komandalar arasında oynanan 149 derbi matçında 58 görüşü “Schalke”, 52 oyunda “Borussia Dortmund” qazanıb. 39 qarşılaşma isə heç-heçə başa çatıb.