Rus Dram Teatrında “Mənim savaşım”
Bakı, 21 yanvar, AZƏRTAC
Yanvarın 20-də Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində Xalq artisti Aleksandra Nikuşinanın “Mənim savaşım” adlı monotamaşası təqdim olunub.
AZƏRTAC xəbər verir ki, səhnə əsərinin nümayişi Azərbaycan tarixinin hüzn və qürur səhifəsi olan 20 Yanvarın 33-cü ildönümünə ithaf edilib.
Monotamaşa Aleksandra Nikuşinanın müəllifi olduğu şeirlər - “Bu, mənim də savaşımdır” adlı poetik silsilə əsasında səhnələşdirilib.
2021-ci ildə, Azərbaycanın Vətən müharibəsində tarixi Zəfərinin ildönümü münasibətilə hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Aleksandr Şarovski, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverov, geyim üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, dekorasiya üzrə rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorovdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]