Rusiya Müsəlmanları İdarəsi Həcc ziyarəti ilə bağlı Səudiyyə Ərəbistanına müraciət edib
Moskva, 24 may, AZƏRTAC
Rusiya Müsəlmanları İdarəsi (RMİ) Səudiyyə Ərəbistanına Həcc ziyarəti ilə bağlı müraciət edib.
AZƏRTAC xəbər verir ki, RMİ sədrinin müavini və Rusiya Müftilər Şurasının sədri Ruşan Abbyasovun müraciətində koronavirusa qarşı peyvənd edilmiş zəvvarların ölkəyə buraxılması xahiş olunur.
Səudiyyə Ərəbistanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təsdiq etdiyi preparatlarla peyvənd olunmuş zəvvarların Həcc ziyarətinə buraxılması barədə qərar qəbul edib. “Sputnik V” peyvəndi isə ÜST tərəfindən qəbul edilməyib.
Bu səbəbdən RMİ “Sputnik V” vaksini ilə peyvənd olunmuş zəvvarların da Həcc ziyarətinə buraxılmasına icazə verilməsini xahiş edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:55]
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib
- 14.10.2026 [16:57]
Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq
- 14.10.2026 [16:52]