Rusiya və Türkiyə xarici işlər nazirlərinin görüşü təxirə salınıb
Bakı, 11 mart, AZƏRTAC
Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlunun fevralın 12-də Antalyada keçirilməsi nəzərdə tutulan görüşü təxirə salınıb. Moskva bu addımı rusiyalı nazirin iş qrafikinin gərgin olması ilə izah edib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Rusiya XİN-in rəsmilərinin bildirdiyinə görə, görüş gələn həftə baş tuta bilər. Martın 18-nə planlaşdırılan görüş Türkiyənin Antalya şəhərində Ankara ilə Moskva arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurası çərçivəsində keçiriləcək. Məlumata görə, iki ölkənin xarici işlər nazirləri - Mövlud Çavuşoğlu və Sergey Lavrovun sədrliyi ilə keçiriləcək Rusiya-Türkiyə birgə strateji planlaşdırma qrupunun 7-ci iclasında dünyanın müxtəlif bölgələrində, o cümlədən Cənubi Qafqazda vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılacaq. Müzakirələrin nəticələri aprelin 14-də Moskvada keçiriləcək Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasına təqdim ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [21:31]
İsveç ilə Aİ-nin iqlim hədəfləri arasındakı fərq artır
- 18.06.2026 [20:18]
Vens: Beynəlxalq su yolları ödənişsiz olmalıdır
- 18.06.2026 [19:54]
Vens: Hörmüz boğazından 12,5 milyon barel neft nəql olunub
- 18.06.2026 [19:37]