Rusiya Xəzər suitilərini “Qırmızı kitab”a daxil edəcək
Moskva, 24 mart, AZƏRTAC
Rusiya Xəzər suitilərini “Qırmızı kitab”a daxil edəcək.
AZƏRTAC xəbər verir ki, Rusiya Təbii Ehtiyatlar və Ekologiya Nazirliyinin nadir və kökü kəsilməkdə olan heyvan və bitkilər üzrə komissiyası belə qərar qəbul edib.
Nazirlikdən bildiriblər ki, hazırda Xəzərdə 70 minə yaxın suiti qalıb. Bu heyvanların sayının getdikcə azalması müşahidə olunur.
Qeyd edək ki, Azərbaycan və Türkmənistan Xəzər suitilərini artıq “Qırmızı kitab”larına daxil ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 12.06.2026 [18:44]
Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu
- 12.06.2026 [18:14]
Şirvan kanalında batan şəxsin meyiti tapılıb
- 12.06.2026 [18:11]
FHN-in strukturlarında Milli Qurtuluş Günü qeyd edilib
- 12.06.2026 [17:38]
Ağsuda vətəndaşların müraciətləri dinlənilib
- 12.06.2026 [17:36]
Ramin Məmmədov: Dini etiqad azadlığının qorunması qlobal məsuliyyətdir
- 12.06.2026 [17:28]