RUSİYA YIĞMASININ AZƏRBAYCAN VƏ LİXTENŞTEYN KOMANDALARI İLƏ OYNAYACAQ FUTBOLÇULARIN ADLARI AÇIQLANMIŞDIR
Bakı, 17 mart (AZƏRTAC). Futbol üzrə Rusiya yığmasının məşqçilər heyəti 2010-cu il dünya çempionatının seçmə yarışları çərçivəsində martın 28-də Azərbaycan, aprelin 1-də isə Lixtenşteyn yığmaları ilə keçiriləcək görüşlərə hazırlıq üçün dəvət olunmuş oyunçuların adlarını açıqlamışdır.
Rusiya Futbol İttifaqının rəsmi saytının yazdığına görə, siyahıya 22 futbolçunun adı salınmışdır: qapıçılar - İqor Akinfeyev (OMİK), Vladimir Qabulov (“Dinamo”), Vyaçeslav Malafeyev (“Zenit”); müdafiəçilər - Aleksandr Anyukov (“Zenit”), Aleksey Berezutski, Vasili Berezutski, Yuri Jirkov, Sergey İqnaşeviç (OMİK), Denis Kolodin (“Dinamo”), Renat Yanbayev (“Lokomotiv”); yarımmüdafiəçilər - Diniyar Bilalətdinov, Dmitri Torbinski (“Lokomotiv”), İqor Denisov, Konstantin Zıryanov, İqor Semşov (“Zenit”), Alan Dzaqoyev (OMİK), İvan Sayenko (“Spartak” M), Sergey Semak (“Rubin”); hücumçular - Andrey Arşavin (“Arsenal”, İngiltərə), Roman Pavlyuçenko (“Tottenhem”, İngiltərə), Pavel Poqrebnyak (“Zenit”), Dmitri Sıçev (“Lokomotiv”).
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]