Rusiyada Azərbaycan turizm nümayəndəliyinin rəsmi açılış mərasimi keçiriləcək
Bakı, 23 fevral, AZƏRTAC
Mədəniyyət və Turizm Nazirliyi Azərbaycanın turizm imkanlarının Rusiyada tanıdılması, təbliğat və təşviqat kampaniyasının aparılması məqsədilə Moskva şəhərində fəaliyyət göstərən “Tur A Vent” şirkəti ilə müqavilə imzalayıb. Müqaviləyə uyğun olaraq şirkət tərəfindən 2017-ci ilin fevral ayınadək marketinq planı hazırlanıb və nazirlik tərəfindən təsdiq edilib.
Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, fevralın 24-də Moskvada Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin rəsmi açılış mərasimi keçiriləcək.
Nümayəndəliyin fəaliyyəti nəticəsində Azərbaycanın turizm imkanlarının prioritet ölkələrdən hesab olunan Rusiyada təbliğat işi gücləndiriləcək. Tədbirdə Azərbaycanın qış, sağlamlıq, mətbəx, mədəni, ovçuluq s. turizm növlərinin təqdimatı keçiriləcək.
Artıq bir neçə ildir ki, BƏƏ-də və Almaniyada Azərbaycanın turizm nümayəndəliyi fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [14:40]
Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
- 28.09.2026 [15:22]
Dünyanın maraq göstərdiyi palçıq vulkanlarına səyahət VİDEO
- 28.09.2026 [13:01]
Murad Ağabəyli: Palçıq vulkanlarına antropogen təsirin qarşısı alınır
- 23.09.2026 [17:15]