Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı 1264 nəfərə çatıb
Moskva, 28 mart, AZƏRTAC
Rusiyada koronavirus infeksiyasına yoluxanların sayı 1264 nəfərə çatıb.
AZƏRTAC xəbər verir ki, son bir gündə ölkənin 62 regionunda daha 228 nəfərdə infeksiya aşkarlanıb, 4 adam sağalıb. Xəstələrin 114 nəfəri Moskva sakinidir. İndiyədək Rusiyada 49 nəfər COVID-19 infeksiyasından sağalıb.
Ötən gün ərzində Orenburq vilayətində koronavirus infeksiyasından bir nəfər vəfat edib. Həkimlərin sözlərinə görə, o, eyni zamanda, xroniki xəstəliklərdən əziyyət çəkirmiş. Beləliklə, Rusiyada 4 nəfər bu xəstəliyin qurbanı olub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [14:15]
Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Liviyada danışıqlar aparıb
- 23.06.2026 [14:08]
Ukraynanın Krivoy Roq şəhərinə raket zərbəsi nəticəsində 3 nəfər həlak olub
- 23.06.2026 [13:19]
Böyük Britaniyada rekord istilər gözlənilir
- 23.06.2026 [12:58]
İrakli Kobaxidze: AŞPA tamamilə maraqsız qurumdur
Eltun Yaqublu yenidən “Zirə”də
- [14:16]
Litva hökuməti istefa verib
- [12:26]
Bu saata olan əsas xəbərlər
- [12:00]