Rusiyada prezident seçkilərində seçicilərin 60 faizi səs verib
Moskva, 17 mart, AZƏRTAC
Rusiyada keçirilən növbəti prezident seçkilərində seçicilərin 60 faizi səs verib.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Seçkilərin üçüncü günü Moskva vaxtı ilə saat 09:28-ə olan məlumata görə, seçicilərin 60 faizi səs verib.
Rusiyada prezident seçkiləri çərçivəsində 41 ölkədəki 54 seçki məntəqəsində 62 min 791 nəfər səs verib. Qeyd edək ki, xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə yaradılmış seçki məntəqələrinin yalnız 16-da səsvermə üç gün davam edib. Digər məntəqələrdə səsvermə yalnız martın 17-də baş tutacaq.
Xatırladaq ki, Rusiyada prezident seçkilərində dörd namizəd iştirak edir. Səsvermənin ilkin nəticələri martın 18-də elan olunacaq. Yeni seçiləcək prezidentin inaqurasiyası mayın 7-nə təyin olunub.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]
Almaniyada Bundestaqın deputatının toxunulmazlığı ləğv edilib
- 15.10.2026 [16:03]