Rusiyalı diplomat: Heydər Əliyev həmişə hər şeyi insanların rifahı üçün edirdi
Yekaterinburq, 4 may, AZƏRTAC
Mənimlə yaşıd olan insanlar Heydər Əliyevin sayəsində Sovet İttifaqında nələrin yaradıldığını çox gözəl bilirlər. Əlbəttə onun böyük səlahiyyətləri vardı, lakin deməliyəm ki, məsuliyyət yükü daha böyük idi.
Bu barədə AZƏRTAC-a Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Yekaterinburq şəhərindəki nümayəndəsi Aleksandr Xarlov söhbət açıb.
A.Xarlov deyib: “Heydər Əliyev - siyasət nəhəngi idi. Ona həm keçmiş Sovet İttifaqı ərazisində, həm də Azərbaycanda eyni dərəcədə hörmət edirlər. Heydər Əliyevə öz xalqının ehtiyacı vardı. Yalnız onun sayəsində cəmiyyətin birləşməsi həyata keçdi. Onun həm həyat, həm də peşəkar təcrübəsi nəhəng idi. Heydər Əliyev demək olar ki, bütün qonşu dövlətlərlə dostluq münasibətləri qurmağı bacarıb. Fikrimcə, Heydər Əlirza oğlu Rusiya Federasiyasının ali mükafatı - “Müqəddəs apostol Andrey Pervozvannı” ordeni ilə əbəs yerə təltif olunmayıb. Bu, onun Rusiyaya münasibəti barədə çox şey deyir. O, ömrünün sonunadək özünə sadiq qalıb və həmişə hər şeyi insanların rifahı üçün edirdi”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Yekaterinburq