Rusiyanın bəzi ərazilərində 53 dərəcəyədək şaxta gözlənilir
Bakı, 5 yanvar, AZƏRTAC
Hava kütlələrinin qeyri-adi hərəkət trayektoriyası yaxın günlərdə Rusiyada anomal soyuqlara səbəb olacaq. Təbiətdə nadir görünən ultra-qütb müdaxiləsi baş verəcək.
AZƏRTAC TASS agentliyinə xəbər verir ki, bu barədə Rusiya Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfand bildirib.
“Havaların kəskin soyuması ultra-qütb prosesi ilə əlaqəlidir. Mülayim enliklərdə hava kütlələri qərbdən şərqə doğru ötürülür, soyuq hava kütlələrinin müdaxiləsi, qütb müdaxiləsi zamanı isə ötürülmə şimaldan cənuba doğru baş verir. Lakin ultra-qütb prosesi tamamilə qeyri-adi hadisədir - bu zaman hava kütlələri şimal-şərqdən şimal-qərbə doğru hərəkət edir və əgər hava kütlələri antisiklona çevrilirsə, o zaman nəhəng anomaliyalar baş verir”, - deyə o izah edib.
Roman Vilfandın sözlərinə görə, qlobal istiləşmə səbəbindən ultra-qütb müdaxiləsinin tezliyi azalır və adətən çox uzun sürmür - beş gün ərzində bitir.
Proqnozlara əsasən, yaxın günlərdə Rusiyanın Avropa hissəsində 34-47 dərəcəyədək şaxtalar gözlənilir, Yakutiya, Maqadan və Çukotkada isə havanın temperaturu mənfi 48-53 dərəcəyə çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:38]
Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
- 16.06.2026 [15:31]
Yaponiyada zəlzələ olub
- 16.06.2026 [15:09]