Rusiyanın xarici işlər naziri Cakartada ASEAN tədbirlərində iştirak edəcək
Bakı, 12 iyul, AZƏRTAC
İyulun 12-14-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov İndoneziyanın paytaxtı Cakartada Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) himayəsi altında keçirilən tədbirlərdə iştirak edəcək.
AZƏRTAC Rusiya mediasına istinadla xəbər verir ki, Lavrov Rusiya-ASEAN, Şərqi Asiya Sammiti və ASEAN Regional Təhlükəsizlik Forumu formatlarında xarici siyasət idarələri rəhbərlərinin görüşlərində iştirak edəcək.
İyulun 12-də Lavrov ASEAN-ın Baş katibi Kao Kim Hourn ilə görüşəcək. İyulun 13-də Rusiya və Assosiasiya dövlətlərinin xarici əlaqələr idarələri rəhbərlərinin görüşü zamanı siyasi, ticari-iqtisadi və sosial-mədəni sahələrdə qarşılıqlı fəaliyyətin dərinləşdirilməsinə dair müzakirələr aparılacaq, ərzaq və enerji təhlükəsizliyinin təmin edilməsi məsələlərinə xüsusi diqqət yetiriləcək.
İyulun 14-də Şərqi Asiya Sammiti ölkələrinin xarici işlər nazirlərinin iclası keçiriləcək, aktual regional və beynəlxalq problemlər üzrə ənənəvi fikir mübadiləsi aparılacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:44]
“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır
- 28.09.2026 [19:36]
Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb
- 28.09.2026 [19:19]
La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib
- 28.09.2026 [18:45]
Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb
- 28.09.2026 [18:07]