Sabah Naxçıvanda “Heydər Əliyev kuboku” turnirinə start veriləcək
Naxçıvan, 12 iyun, AZƏRTAC
İyunun 13-15-də Naxçıvan Muxtar Respublika Stadionunda “Heydər Əliyev kuboku” uğrunda növbəti turnir keçiriləcək.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Futbol Federasiyası və Peşəkar Futbol Liqası tərəfindən artıq 3-cü ildir keçirilən yarış 15 İyun - Milli Qurtuluş Gününə həsr olunur.
Açılış mərasimində tanınmış müğənnilər Elton Hüseynəliyev və Əli Pormehr iştirak edəcəklər. Açılış mərasimində, eyni zamanda, könüllülərin müxtəlif idman növlərindən ibarət hazırladıqları səhnələr nümayiş olunacaq.
Turnirdə yerli “Araz-Naxçıvan”la yanaşı, MOİK, “Zaqatala” və “Şüvəlan” klubları da iştirak edəcək. Komandalar artıq bu gün Naxçıvana gəliblər. Oyunlara isə sabah start veriləcək. Reqlamentə əsasən üç gün davam edəcək turnirdə gün ərzində iki görüş keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2026 [17:43]
Naxçıvan idmançıları ölkə birinciliyində 27 medal qazanıblar
- 18.06.2026 [17:40]
Neftçalada Xəzər dənizinə 50 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
- 18.06.2026 [17:33]
GDU-da keçirilən bilik yarışında “Elm yolçuları” birinci oldu
- 18.06.2026 [16:55]