Sabirabadda minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 5-i yaralanıb VİDEO
Sabirabad, 28 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Sabirabad rayonunda minik avtomobillərinin toqquşması 1 nəfərin ölümü, 5-nin yaralanması ilə nəticələnib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Rahim Əliyevin və Mircavad Mirqədirlinin idarə etdikləri "VAZ-2107" markalı avtomobillər rayonunun Güdəcühür kəndi ərazisində toqquşub.
Hadisə zamanı Rahim Əliyev həyatını itirib.
Xəsarət alan şəxslər - Nilay Əlizadə, Mircavad Mirqədirli, Mirtalıb Talıbov, Tənzilə Əliyeva və Rəhim Əlizadə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Aqonal vəziyyətdə olan Nilay Əlizadə süni tənəffüs dəstəyilə təmin olunub, onun vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.