Şahdağ Milli Parkında daha bir yanğın baş vermişdir
Bakı, 7 dekabr (AZƏRTAC). Dekabrın 6-da saat 15:00-dan etibarən Şahdağ Milli Parkının Talıstan Meşəbəyliyinin 5 saylı dolayında yanğın davam edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a verilən məlumata görə, yanğın 2,5 hektaradək sahəni əhatə etmişdir.
Yanğının qarşısının alınmasına ETSN və Fövqəladə Hallar Nazirliyinin yerli qurumları cəlb olunmuşdur. Bundan əlavə, kənd sakinləri də yanğının söndürülməsinə yardım göstərir.
Yanğının geniş miqyas almaması və digər meşə zolaqlarına keçməməsi üçün tədbirlər görülür.
Xatırladaq ki, dekabrın 2-də həmin ərazinin bələdiyyə ilə sərhəd sahəsində də yanğın hadisəsi baş vermişdir. Yanğın ümumilikdə 2 hektaradək sahəni əhatə etmiş, əsasən xəzəl və kol-kos yanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]