Şahdağ Milli Parkında yanğın hadisəsi baş vermişdir
Bakı, 4 dekabr (AZƏRTAC). Dekabrın 2-də saat 19.00-da Şahdağ Milli Parkının Talıstan Meşəbəyliyinin 5 saylı dolayının bələdiyyə ilə sərhəd ərazisində yanğın hadisəsi baş vermişdir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) AZƏRTAC-a verilən məlumata görə, yanğın zamanı 2 hektar ərazidə, əsasən xəzəl və kol-kos yanmış, köküstə ağaclara ziyan dəyməmişdir.
ETSN və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının birgə səyi nəticəsində dekabrın 3-də səhər saatlarında yanğının qarşısı alınmışdır.
Yanğın hadisəsi aktlaşdırılaraq araşdırma aparılması və təqsirkarların müəyyən edilməsi məqsədi ilə sənədlər hüquq mühafizə orqanlarına təqdim olunmuşdur.
Son bir ay ərzində İsmayıllı rayonunun qeyd olunan ərazisinin yaxınlığında bələdiyyə, meşə fondu torpaqlarında, eləcə də Milli Parkın ərazisində bir neçə yanğın hadisəsi baş vermişdir ki, onların da səbəbinin təxribat olması güman edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]