Azərbaycan Dövlət İnformasiya Agentliyi

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə fəal mübarizə aparır

Sahib Alıyev: Azərbaycan koronavirusa qarşı regional və qlobal müstəvidə fəal mübarizə aparır

Bakı, 22 mart, Səadət Hakıyeva, AZƏRTAC

Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa təbrikinin əsas hissəsini bütün dünyanı təlatümə gətirən və insanları qorxuya salan koronavirusdan (COVID-19) qorunma, onunla mübarizə tədbirlərinə həsr olunmuşdu. Dövlətimizin başçısının bu məsələnin üzərində ayrıca dayanması gözlənilən idi. Kəskin fəsadlara yol açan və saysız-hesabsız insan ölümünə səbəb olan koronavirusla mübarizə, bu təhlükəli virusdan minimum zərərlə xilas olmaq vacib məsələlərdəndir və hər birimizi düşündürür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Sahib Alıyev deyib.

Deputat bildirib: “Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edərək insanları ayıq-sayıq və təmkinli olmağa çağırdı. Dövlətimizin başçısının nitqində nikbin, qətiyyətlilik notları ilə yanaşı, ehtiyatlılıq məqamları da özünü büruzə verirdi. Nikbin notlar dövlətin hadisələrə vaxtında, çevik reaksiya verdiyini və təşvişə düşməyərək sinxron şəkildə qərarlar qəbul etdiyini deməyə əsas verir. Qətiyyətlilik isə özünü onda göstərdi ki, Prezident İlham Əliyev dövlətimizin lazım olan bütün addımları atacağını vurğuladı. Dövlətimizin başçısı təbrik nitqində lazım gələcəyi təqdirdə ölkədə fövqəladə vəziyyət elan olunacağını da istisna etmədi. Bu, bizi qorxulu düşmənlə mübarizədə son dərəcə ehtiyatlı olmağa səsləyir”.

S.Alıyevin sözlərinə görə, dünyanın qabaqcıl ölkələrinin təcrübəsi də onu göstərir ki, bu virusun yoluxma arealının harada başlayıb, harada qurtaracağını proqnoz vermək çox çətindir. Birinci vitse-prezident Mehriban Əliyevanın da müraciətində qeyd etdiyi kimi, son dərəcə yüksək inkişaf etmiş texnologiyaya malik ölkələr koronavirus qarşısında aciz qalıblar.

Dövlətimizin virusla mübarizədə bütün mümkün tədbirləri gördüyünü deyən S.Alıyev bildirib ki, dövlətimizin başçısının 2020-ci il 19 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Koronavirusla Mübarizəyə Dəstək Fonduna ilkin olaraq 20 milyon manat ayrılıb. Bu da onu sübut edir ki, belə çətin məqamda dövlətimiz öz üzərinə düşən vəzifəni artıqlaması ilə yerinə yetirir. Dövlətimizin başçısının şəxsi nümunə göstərərək bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etməsini nəcib təşəbbüs adlandıran deputat başqalarını da bu kampaniyaya qoşulmağa çağırıb.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkəmizdə koronavirusa qarşı aparılan mübarizə tədbirlərini yüksək qiymətləndirməsinin heç də təsadüfi olmadığını diqqətə çatdıran Sahib Alıyev deyib: “Azərbaycan virusla mübarizə üçün yüksək texnologiyaya malik laboratoriya alan ölkələr sırasındadır. Dövlətimizin başçısı təbrik nitqində vurğuladı ki, Azərbaycanda virusu müəyyən etmək üçün 10 belə laboratoriya var və gələcəkdə lazım gələrsə, sayı artırılacaq. Operativ Qərargah çox fəal işləyir. Təbii ki, dövlət strukturları da öz işlərini təlimatlara uyğun şəkildə qurublar. Milli Məclisdə bu məsələ ilə bağlı İnzibati Xətalar Məcəlləsində də dəyişikliklər edilib”.

Azərbaycanın koronavirusa qarşı regional və qlobal müstəvidə fəal mübarizə apardığını söyləyən deputat ölkəmizin virusla mübarizə aparmaq üçün ÜST-ə və milyonlarla soydaşımızın yaşadığı qonşu İrana maddi yardım göstərdiyini qeyd edib.

Deputat koronavirus kimi təhlükəli xəstəliyə qarşı mübarizədə əsas işin sağlamlıqlarını təhlükəyə atan həkimlərin və tibbi xidmət personalının üzərinə düşdüyünü diqqətə çatdırıb. Bildirib ki, Azərbaycan Prezidentinin yeni infeksiya ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi haqqında Sərəncamı onların əməyinə verilən qiymətdir.

Onun sözlərinə görə, dünya təcrübəsi də göstərir ki, sağlam düşüncəli, nizam-intizamlı cəmiyyətdə ümumi bəlaya qarşı mübarizə aparmaq daha asandır. Bu gün kimliyindən asılı olmayaraq, hər bir azərbaycanlının sağlamlığı hamımız üçün doğması, yaxını və elə həm də özü qədər önəmlidir. Bu gün hər birimizin sağlamlığı bu və ya digər dərəcədə hamımızın sağlamlığı deməkdir. Hazırda hər bir azərbaycanlının virusa yoluxmamaq üçün Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın tövsiyələrinə riayət etməsi, məsuliyyətli davranması, sağlamlığını qoruması təkcə özünün deyil, doğmalarının, yaxınlarının, bütövlükdə millətinin sağlamlığına xidmətdir.

Sahib Alıyev belə çətin məqamda bəzi üzdəniraq qüvvələrin canfəşanlığından da danışıb. O deyib: “Xainlər, müstəqilliyimizin, ölkəmizin düşmənləri belə çətin məqamda vəziyyətdən sui-istifadə edir, dövlətimizin gördüyü tədbirlərə don geyindirməyə çalışır, təşviş yaradırlar. Bu gün milli birlik və bərabərlik ideyaları hər cür siyasi iddiadan yüksək olmalı, növbəti inkişafımızı təmin etmək üçün siyasi sistemimizin bütün daxili aktorları öz güclərini dövlətçilik maraqlarımız ətrafında səfərbər etməlidirlər”.

Deputat xalqımızın koronavirusdan mümkün qədər ən az itki ilə çıxması üçün əlindən gələni əsirgəməyən dövlətimizin gücünə inamını ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şimali Koreya dənizdə yeni strateji raketlərini sınaqdan çıxarıb

Albaniyada baş verən iğtişaşlarda 29 nəfər yaralanıb

Donald Tramp: Məxfi məlumatları sızdıranlar ya həbs olunmalı, ya da güllələnməlidir

Əlverişsiz hava şəraitinə görə 40-dan çox təyyarə İstanbula enə bilmədi

Fransada təhsil böhranı: 200-dən çox lisey bağlanıb, minlərlə saxlanılan var

Tramp: Kanada ABŞ-nin 51-ci ştatına çevriləcək

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Azərbaycan Respublikası Media və Yayım Şurasının və Səhiyyə Nazirliyinin birgə açıqlaması

Çində dinozavra bənzəyən qədim quş qalıqları tapılıb

“Politico”: Ukrayna ilə dəniz ticarəti aparan investorlar risklərlə üzləşirlər

Saloniki limanında qaçaqmalçılıq: 24 qutu silah müsadirə edildi

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb