Şahmat üzrə "Masters" turnirində Nicat Abasov növbəti qələbəsini qazanıb
Bakı, 17 iyun, AZƏRTAC
İyunun 17-də ənənəvi Praqa şahmat festivalının əsas yarışının - “Masters” turnirinin dördüncü turunun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov dördüncü turda Çexiya təmsilçisi David Navara ilə üz-üzə gəlib. Ağ fiqurlarla mübarizə aparan şahmatçımız növbəti qələbəsini qazanıb.
Turun digər oyunları - Polşa təmsilçiləri Yan-Kşıştof Duda Çexiyanın digər şahmatçısı Tay Dan Van Nquyen, Radoslav Voytaşek ABŞ təmsilçisi Sem Şenkland, niderlandlı Jorden Van Forest isveçli Nils Qrandelius qarşılaşmaları heç-heçə ilə başa çatıb.
Turnir cədvəlində 3 xalla S.Şenkland və N.Abasov birinci və ikinci yerləri bölüşürlər. Turnir 7 turdan ibarətdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]