ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATINDA 5 TUR OYNANMIŞDIR
Bakı, 13 mart (AZƏRTAC). Sankt-Peterburqda qadınlar arasında şahmat üzrə Avropa çempionatı davam edir. Azərbaycan şahmatçısı Nərmin Kazımova 5-ci turda Rusiya şahmatçısı Yekaterina Karaşuta, Gülnar Məmmədova Olqa Ziminaya qalib gəlmiş, Nərgiz Umudova isə Alyona Alekseyevanı (Rusiya) məğlub etmişdir.
Digər idmançılarımız Türkan Məmmədyarova İzabella Peptanla (Rumıniya) Xəyalə Abdulla isə Yekaterina Akatova ilə (Rusiya) görüşlərini heç-heçə başa çatdırmışlar.
5-ci turdan sonra Azərbaycan şahmatçıları turnir cədvəlində aşağıdakı yerləri tuturlar: Gülnar Məmmədova (3 xal) 69-cu, Nərmin Kazımova (3 xal) 70-ci, Nərgiz Umudova (2,5 xal) 93-cü, Türkan Məmmədyarova (2 xal) 105-ci və Xəyalə Abdulla (2 xal) 129-cu.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]