ŞAHMAT ÜZRƏ AVROPA ÇEMPİONATININ 5-Cİ TURUNDA VÜQAR RƏSULOV QƏLƏBƏ QAZANMIŞDIR
Bakı, 11 mart (AZƏRTAC). Çernoqoriyanın Budva şəhərində kişi şahmatçılar arasında Avropa çempionatında 5-ci turun oyunları keçirilmişdir.
Yarışda Azərbaycanı 6 şahmatçı təmsil edir. Onlardan yalnız Vüqar Rəsulov bu turda Deyan Pikula (Serbiya) üzərində qələbə qazanmışdır. Digər şahmatçılarımızdan Qədir Hüseynov Rusiya təmsilçisi Vasili Yemelinlə, Rauf Məmmədov macarıstanlı həmkarı Peter Proxaşkayla, Faiq Ələsgərov serbiyalı Zoran Arsoviçlə, Eltac Səfərli isə fransalı rəqibi Loran Fresine ilə heç-heçə oynamışlar. Vasif Durarbəyli isə moldovalı Dmitri Svituşkinə uduzmuşdur.
Turnir cədvəlinə Ernesto İnarkiev (Rusiya), Georq Meyer (Almaniya) və Sanan Syugirov (Rusiya) başçılıq edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]