Salyan rayon sakinlərindən odlu silahlar götürülüb
Salyan, 18 noyabr, Aydın Yavərzadə, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlər nəticəsində 2 rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü olaraq polisə təhvil veriblər.
Bundan əlavə, keçirilən digər tədbirlər nəticəsində 2 rayon sakinindən də müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir.