Salyanda vətəndaşlar ov tüfənglərini polisə könüllü təhvil veriblər
Bakı, 18 noyabr, AZƏRTAC
Salyan Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi, eləcə də könüllü təhvil verilməsi ilə istiqamətində profilaktiki tədbirlər davam etdirirlər.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan məlumat verilib. Bildirilib ki, vətəndaşlar arasında aparılan profilaktiki tədbirlər nəticəsində 2 rayon sakini qanunsuz olaraq saxladıqları ov silahlarını könüllü olaraq polisə təhvil verib.
Keçirilən digər tədbirlər nəticəsində 2 rayon sakinindən də müvafiq sənədləri olmayan ov tüfəngi aşkarlanaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.