Salyanlılar Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Salyan, 26 fevral (AZƏRTAC). Salyan şəhərinin Şəhidlər Xiyabanındakı “Ana” və Milli Qəhrəman Nazim Babayevin abidələri önündə Xocalı faciəsinin on doqquzuncu ildönümünə həsr olunmuş mərasim keçirilmişdir.
Rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə veteranları, yaşlı nəslin, gənclərin və ictimaiyyətin nümayəndələri hər iki abidənin önünə gül dəstələri düzmüş, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişlər.
Anma mərasimdə çıxış edənlər Xocalı şəhərində ermənilər tərəfindən törədilmiş qırğının ağır nəticələrindən danışmışlar. Qeyd olunmuşdur ki, XX əsrin sonlarında baş vermiş bu qanlı faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdəndir.
Mərasim şəhərdəki Dövlət Kukla Teatrında davam etdirilmişdir.
Tədbir iştirakçıları mədəniyyət evinin foyesində məktəblilərin rəsm əsərlərindən ibarət sərgi ilə tanış olmuş, ədəbi-bədii kompozisiyaya tamaşa etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]