Samux rayonunda Heydər Əliyevin ad günü ilə əlaqədar aksiya keçirilmişdir
Samux, 30 aprel (AZƏRTAC). Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü ilə əlaqədar Samux rayonunda təsdiq edilmiş tədbirlər planında yaşıllaşdırma aylığının keçirilməsi də nəzərdə tutulmuşdur. Xeyli vaxtdır ki, rayonun idarə, müəssisə və təşkilatlarının kollektivləri həftənin şənbə və bazar günləri rayon ərazisinə çıxaraq ehtiyac duyulan yerlərdə ağac əkir, yaşıllıqlara qulluq edirlər.
Növbəti aksiya rayon mərkəzindən Kür çayı istiqamətinə gedən 25 kilometrlik avtomobil yolu ətrafında keçirilmişdir. Min nəfərdən artıq rayon sakininin iştirak etdiyi aksiya zamanı 500-ə yaxın çinar, küknar, şam və digər növ ağac əkilmişdir. Həmin gün 5 kilometrlik yolun sağ və sol hissələrinə əkilən ağacların müntəzəm suvarılması üçün su xətləri də çəkilmişdir.
Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildirmişlər ki, şənbə və istirahət günləri Heydər Əliyev parkında da bir sıra abadlıq işləri görülmüş, 2 min ədədə yaxın müxtəlif bəzək kolları və ağac əkilmiş, mövcud yaşıllıqlara qulluq edilmişdir. Yaşıllıq ayının mayın 15-dək davam etdirilməsi qərara alınmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]