Samuxda şəhidlərin xatirəsinə yeni yaşıllıqlar salınıb
Samux, 26 sentyabr, AZƏRTAC
Samuxda 27 Sentyabr – Anım Günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun bütün yaşayış məntəqələrini əhatə edən aksiyada rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ümumilikdə 250-dək şam ağacı əkilib, ümumi istifadədə olan ərazilərdə təmizlik və abadlıq işləri həyata keçirilib, qurumuş və baxımsız vəziyyətdə olan gül-çiçəklər yeniləri ilə əvəz olunub, yaşıllıqlara qulluq göstərilib.
Vüsalə Cənnətova – müxbir