Sankt-Peterburqda “Anaların sədası” Azərbaycanlı Qadınlar Birliyi təsis edilmişdir
Bakı, 13 mart (AZƏRTAC). Martın 12-də Rusiyanın Sankt-Peterburq şəhərinin tanınmış elm, ədəbiyyat, mədəniyyət və incəsənət nümayəndələrinin iştirakı ilə “Anaların sədası” Azərbaycanlı Qadınlar Birliyinin təsis yığıncağı keçirilmişdir.
Azərbaycan Respublikasının Sankt-Peterburq şəhərindəki baş konsulluğunun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, təsis yığıncağında 50 nəfərə yaxın azərbaycanlı qadın iştirak etmişdir.
Birliyin əsas məqsədi ailə, uşaq və anaların qarşılaşdıqları problemlərin həlli, onlara lazımi hüquqi, mənəvi və psixoloji yardımların göstərilməsi, şəhərdə Azərbaycan mədəniyyəti, tarixi və irsinin tanıdılması istiqamətində qadınların rolunun artırılması, azərbaycanlı gənclərin və yeniyetmələrin milli bayramların və əlamətdar günlərin qeyd edilməsi ilə bağlı tədbirlərin təşkilinə cəlb olunması, onların bir-biri ilə sıx ünsiyyət qurmaları üçün sağlam mühitin yaradılmasıdır.
Yığıncaqda aparıcı mütəxəssis, tanınmış həkim Sahibə Rzayeva şəhərdə yaşayan azərbaycanlı qadınların problemlərindən söz açaraq, belə bir birliyin yaradılmasının aktuallığını xüsusi vurğulamışdır. O, azərbaycanlı yeniyetmələr üçün yay düşərgələrinin təşkilini, gənc qızlarımızın tərbiyəsinə, təhsilinə daha çox diqqət yetirilməsini və miqrant uşaqlar üçün müvafiq adaptasiya mərkəzinin yaradılmasını təklif etmişdir.
Tanınmış həkim Aza Həsənova çıxışında Sankt-Peterburq qadın cəmiyyəti üçün elmi-maarifləndirici jurnalın təsis olunması təklifini irəli sürmüşdür.
Təsis yığıncağında həkim Sahibə Rzayeva “Anaların sədası” Azərbaycanlı Qadınlar Birliyinin sədri seçilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.06.2026 [14:54]
Avstriya-Azərbaycan Ticarət Palatasının prezidenti təltif olunub
- 04.06.2026 [16:03]
Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb
- 03.06.2026 [13:06]
Azərbaycanın Müstəqillik Günü Kiryat-Yamda da qeyd edilib
- 02.06.2026 [19:28]
İsveçdə Müstəqillik Gününə həsr olunan tədbir keçirilib
- 26.05.2026 [19:44]
Azərbaycan Bayrağının rəngləri Niaqara şəlaləsində
- 25.05.2026 [12:17]
Tarixi Darvin Kollecində 28 May – Müstəqillik Gününə həsr olunan tədbir
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]