Saxalində sel və daşqınlarla bağlı fövqəladə vəziyyət elan olunub
Moskva, 27 avqust, AZƏRTAC
Saxalində leysan yağışlar nəticəsində çaylar məcrasından çıxıb, küçələri su basıb, yolları, körpüləri yuyub aparıb, bəzi ərazilərdə su yaşayış binalarının pəncərələrinə qədər qalxıb.
AZƏRTAC Rusiya mediasına və vilayət Saxalin hökumətinə istinadla xəbər verir ki, təbii fəlakətdən ən çox Nevelski rayonu zərər çəkib. Kazaçka çayı məcrasını dəyişib və indi şəhərin küçələri ilə axır. Kolxoznoye kəndində 69 ev təhlükə altındadır, sel körpünü dağıdıb, istixanaları və yardımçı tikililəri aparıb, bəzi sakinlər isə köməksiz vəziyyətdə qalıb. Sel və daşqınlar nəticəsində 7 yaşayış binası, o cümlədən bir çoxmərtəbəli ev suyun altında qalıb.
Xilasedicilər ikisi uşaq olmaqla 37 nəfəri təxliyə ediblər, 18 sakin su basmış evlərdən müvəqqəti məskunlaşma mərkəzinə aparılıb. Nevelski şəhər rayonunda bələdiyyə səviyyəsində fövqəladə vəziyyət elan edilib.
Sinoptiklərin məlumatına görə, ada avqustun 27-si axşama kimi siklonun təsiri altında olacaq, bəzi yerlərdə yağıntının miqdarı 12 saat ərzində 30 millimetrdən çox ola bilər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]