Səfir: ABŞ Azərbaycanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir
Tbilisi, 14 iyun, AZƏRTAC
ABŞ Azərbaycanın regionda uzunmüddətli sülhün və təhlükəsizliyin təmin olunmasındakı rolunu yüksək qiymətləndirir. Rəsmi Vaşinqton, eyni zamanda, Azərbaycan tərəfinin saxladığı 15 Ermənistan vətəndaşını sərbəst buraxmasını alqışlayır.
AZƏRTAC xəbər verir ki, bu sözləri ABŞ-ın Gürcüstandakı səfiri Kelli Deqnan jurnalistlərə açıqlamasında söyləyib.
Diplomat Gürcüstanın regiondakı proseslərdəki rolunu yüksək qiymətləndirib. Bildirib ki, bu addımlar regionda sabitliyin təminatına və tərəqqiyə xidmət edir. Bu, həm də Cənubi Qafqaz ölkələrinin birgə çalışmaqla nə əldə edə biləcəklərinin göstəricisidir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:40]
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
- 13.10.2026 [20:16]
Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib
- 13.10.2026 [19:27]
Laos Prezidenti Milli Məclisdə olub
- 13.10.2026 [17:33]