Şəhər turu ekskursiyası məktəblilərdə xoş təəssürat yaratmışdır
Bakı, 22 (AZƏRTAC). Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon gənclər və idman idarəsinin və YAP Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə məktəblilər üçün ekskursiya təşkil edilmişdir.
YAP Binəqədi rayon təşkilatından AZƏRTAC-a bildirmişlər ki, ümumilikdə altmış məktəblinin qatıldığı ekskursiya turuna Binəqədi rayonundakı Heydər Əliyev adına istirahət parkından başlanılmışdır. Ekskursiya zamanı məktəblilər Bakı şəhərinin bir sıra görməli yerləri və tarixi abidələri ilə tanış olmuş, onlar haqqında ətraflı məlumatlar əldə etmişlər.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ölkəmizə gətirilmiş “Şəhər tur”u üstüaçıq avtobuslarında təşkil edilmiş ekskursiyanın məqsədi məktəblilərin Azərbaycan xalqının tarixi-mədəni irsinə, milli mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, onların asudə vaxtlarının səmərəli təşkil edilməsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [10:30]
Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]