“Şəhərini təmiz saxla” ekooyun başlanmışdır
Bakı, 16 aprel (AZƏRTAC). Ekoloji maarifləndirmə tədbirlərinə xüsusi önəm verən “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti (ASC) internet məkanında ilk ekooyuna başlamışdır.
Qurumun mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Qala qəsəbəsində və İçərişəhərdə tullantıların çeşidlənməsi layihələrinə dəstək olaraq “Vətəndaş cəmiyyətində debat” İctimai Birliyinin təşəbbüsü ilə hazırlanmış “Şəhərini təmiz saxla” ekooyununun məqsədi gəncləri maarifləndirmək və düzgün tərbiyələndirməkdir.
Oyunun qaydalarına əsasən üzvi tullantılar yaşıl, qeyri-üzvi tullantılar göy, təhlükəli tullantılar isə qəhvəyi konteynerlərə yerləşdirməlidir. Oyunçu düzgün yerləşdirilən hər tullantıya görə 5 bal qazanır. Ən çox xal qazanan 5 tələbə ASC tərəfindən iyulun 4-9-da Şəki şəhərində keçiriləcək “Gənclər təmizlik naminə” yay məktəbinə qatılmaq imkanı qazanacaqdır.
Tullantıların düzgün şəkildə çeşidlənməsi haqqında nəzəri biliklərlə yanaşı, təcrübi vərdişlər əldə etmək istəyənlər facebook sosial şəbəkəsindən https://apps.facebook.com/tamizshahar/ linkinə daxil olmaqla oyuna qoşula bilərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]
“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir
- 30.09.2026 [13:04]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 30.09.2026 [09:59]
Ölkə ərazisində hava şəraiti yağıntılı keçib
- 29.09.2026 [17:06]