ŞƏHİD AİLƏLƏRİ DAHİ RƏHBƏRİN XATİRƏSİNİ ƏZİZ TUTURLAR
-Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək çətindir. Fəxr edirəm ki, bu böyük səxsiyyətlə ünsiyyətdə olmuşam, əlini sıxmışam. 1998-ci il dekabrın 8-i idi. Prezident Sarayında şəhid oğlumun Milli Qəhrəman vəsiqəsini təqdim edərkən unudulmaz Heydər Əliyevin mənə dediyi bu sözlər qəlbimi riqqətə gətirmişdi: “Unutmayın ki, şəhid ailələri bu ölkənin ən əziz vətəndaşlarıdır”. Həmin görüşdə mən bir daha dünya şöhrətli siyasətçinin sadəliyinin, böyüklüyünün, ürəkdən gələn səmiyyətinin canlı şahidi oldum. Heydər Əliyev şəxsiyyətinə olan mənəvi borcumu qismən də olsa, vermək üçün dəfn mərasimində iştirak etdim. Bu vida mərasimi xalqın öz rəhbərinə hörmət və ehtiramının tarixdə misli görünməmiş ifadəsi kimi yaddaşlarda qalacaqdır.
Mən şəhid atası, mədəniyyət işçisi kimi minlərlə həmvətənimizin ürək sözlərini bildirərək, bir daha demək istəyirəm ki, Heydər Əliyevin bizə qayğısı, diqqəti, hörməti onun möhtəşəm adı ilə birlikdə qəlbimizdə hər zaman yaşayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [21:26]
BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib
- 28.09.2026 [21:15]
Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb
- 28.09.2026 [19:05]