Şəhid Ruslan Cəfərlinin şəxsi əşyaları muzeyə təqdim edilib
Bakı, 17 iyun, AZƏRTAC
Şəhid Ruslan Cəfərlinin şəxsi əşyaları AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə təqdim edilib.
Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Ruslan Cəfərli 1995-ci il mayın 25-də Mingəçevir şəhərində anadan olub. Mingəçevir 4 nömrəli məktəbdə təhsil alıb, 2013-2015-ci illərdə həqiqi hərbi xidmətdə olub. O, Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Ruslan Cəfərli oktyabrın 21-də Tərtər-Ağdərə istiqamətində Suqovuşan və Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ruslan Cəfərli “Vətən uğrunda” medalı ilə təltif olunub (ölümündən sonra).