Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Xoşbəxt hadisə” tamaşasını təqdim edəcək
Şəki, 11 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Şəki Dövlət Dram Teatrı polşalı dramaturq Slavomir Mrojekin “Xoşbəxt hadisə” (tərcümə edəni Vaqif Aslan) pyesi əsasında hazırlanmış yeni tamaşanı aprelin 13-də teatrsevərlərə təqdim edəcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissə rəhbəri Lalə Məmmədova məlumat verib.
Teatrın rəsmisi bildirib ki, tamaşa Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Əməkdar artist Xanlar Həşimzadənin 50 illik uğurlu səhnə fəaliyyəti və 70 illik yubileyinə həsr olunur.
Tamaşanın quruluşçu rejissoru, teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı Sahib Əhmədov, geyim üzrə rəssamı Elman Rəşidov, baletmeysteri Çingiz Novruzəliyevdir.
Səhnə əsərində rolları Əməkdar artistlər Xanlar Həşimzadə (gəlmə adam), Əbülfət Salahov (qoca), aktyorlar Xəyal Salahov (ər) və Nazilə İmamhüseynova (arvadı) ifa edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [18:30]
Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO
- 08.06.2026 [16:41]
Goranboyda yol qəzası zamanı 2 nəfər ölüb, 3-ü xəsarət alıb
- 08.06.2026 [15:48]
Naxçıvanda lisey və gimnaziyaların 7-ci sinfinə şagird qəbulu başlayır
- 08.06.2026 [15:23]
Hesablama Palatası ADAU-nun fəaliyyətinə dair audit nəticələrini təqdim edib
- 08.06.2026 [14:44]
Culfada Vəkil Bürosu açılıb
- 08.06.2026 [14:13]