ŞƏKİ KOMANDASI “MAHİR NİŞANÇI” ATICILIQ YARIŞI ZONA TURUNUN QALİBİ OLMUŞDUR
Şəki, 17 mart (AZƏRTAC). Şəki Avtomobil Məktəbinin atıcılıq tirində Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyəti (KHVTİC) Respublika Şurasının təşkilatçılığı ilə “Mahir nişançı” pnevmatik tüfəngdən atıcılıq üzrə respublika yarışlarının zona birinciliyi keçirilmişdir.
Qələbə uğrunda Şəki, Balakən, Zaqatala, Qax və Qəbələ rayonlarının komandaları mübarizə aparmışlar.
Şəhər gənclər və idman idarəsindən bildirmişlər ki, zona turnirində Şəki komandası daha uğurlu çıxış edərək birinci yeri tutmuş və yarışların final mərhələsində iştirak etmək hüququ qazanmışdır. Qəbələ və Balakən rayonlarının komandaları birinciliyi II-III pillələrdə başa vurmuşlar.
Qalib komandalara KHVTİC-nin diplomları təqdim edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [18:56]
“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub
- 14.10.2026 [18:44]
“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]