Şəmkirdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakı, 14 yanvar, AZƏRTAC
Daxili İşlər Nazirliyinin (DİN) Su Nəqliyyatında Polis İdarəsinin Şəmkir Xətt Polis məntəqəsinin əməkdaşları xidməti ərazidə qanun pozuntularının aşkarlanması və təqsirkar şəxslərin müəyyənləşdirilməsi istiqamətində monitorinqləri davam etdirir.
DİN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu tədbirlər çərçivəsində keçirilən növbəti reyd zamanı Şəmkir Su Anbarının ərazisində quraşdırılan qanunsuz torlar və balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ qurğular polis əməkdaşları tərəfindən sudan çıxarılıb və qanunamüvafiq qaydada tədbirlər görülüb.
Monitorinq zamanı qanunsuz balıq ovu məşğul olan Şəmkir rayon sakini Babək Yusifov saxlanılıb. Onun ovladığı 30-dan çox daban (karas) və sıf balığı, qayıq və digər avadanlıqlar maddi sübut kimi götürülüb. Araşdırmalar zamanı saxlanılan həmin şəxsin təbiətə 1067 manat miqdarında zərər vurması müəyyənləşdirilib. B.Yusifov barəsində cinayət işi başlanılıb araşdırmalar davam etdirilir.
Vaxtaşırı keçirilən bu kimi nəzarət-profilaktiki tədbirlərlə balıq ovu və ovçuluq ilə məşğul olan şəxslərin onlara verilmiş kvotalara riayət etmələri, qayıqla balıq tutanların sənədlərinin mövcudluğu yoxlanılır, partlayıcı və digər qanunla qadağan edilmiş vasitələrdən istifadə edərək balıq ovlayanların müəyyənləşdirilməsi, eləcə də başqa ekoloji cinayət törədənlərin aşkarlanması həyata keçirilir.